“Xalqlar dostluğu sülhün təməlidir” ÖZƏL-MÜNASİBƏT

“Xalqlar dostluğu sülhün təməlidir” ÖZƏL-MÜNASİBƏT

"Ukrayna Prezidenti Zelinskinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan Ukrayna dövlətləri arasındakı münasibətlər köklü münasibətlərdir ki, bu münasibətlər 100 illərin münasibətləridir. Ukraynanın Prezidentinin ilk öncə Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etməsi bir daha Ukraynanın Ulu öndərə və Azərbaycan xalqına olan münasibətini təzahür etdirir". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanla Ukrayna arasındakı əməkdaşlıq inkişaf edərək strateji əməkdaşlığa, dostluğa çevrildi: "Azərbaycan-Ukrayna arasında iqtisadi münasibətlər inkişaf etdikcə qarşılıqlı sərmaye qoyuluşu sürətlənir. “SOCAR” Ukraynaya xeyli sərmaye qoyub, bu proses davam etdirilir. Bir sıra iqtisadi layihələr həyata keçirilir. Azərbaycan Ukraynada ticarət mərkəzi açıb, Ukrayna da Azərbaycanda ticarət evi açıb, iqtisadi münasibətlər getdikcə inkişaf xətti ilə artmaqda davam edir.

Ölkələrarası münasibətlərdə mədəni münasibətlər də əsas yer tutur. Bakı Slavyan Universitetində Ukraynanın Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi, Ukraynanın tanınmış şairi Taras Şevçenkonun Bakıda, Zaqatalada heykəlinin qoyulması, Ukraynada təhsil ocaqlarında Azərbaycanın Mədəniyyət Mərkəzlərinin açılması, Nəsiminin Ukraynada heykəlinin ucaldılması iki dost ölkə arasındakı münasibətlərin möhkəmliyindən xəbər verir. Azərbaycan və Ukrayna Prezidentlərinin iqtisadi forumda iştirakı və çıxış etmələri hər iki ölkə arasındakı münasibətlərin nüfuzundan xəbər verir. Ukrayna Prezidenti Zelinski Azərbaycandakı inkişafı, abadlıq quruculuq, əhalinin sosial vəziyyətinin yaxşılaşması və digər məsələlərin Ukraynada da olmasını arzuladığını dilə gətirdi və buna heyran olduğunu bildirdi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə