Ermənistanda dövləti bir sıra layihələrin maliyyələşdirilməsindən imtina edir. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Nə? Harada? Nə vaxt?” intellektual televiziya oyununun aparıcısı Karen Koçaryan öz Facebook səhifəsində paylaşıb.
Aparıcı Ermənistanda Ermənistan hökumətinin bu il maliyyələşdirmə proqramından məhrum olduğunu bildirən bir video yerləşdirib.
"17 ildir ki, "Nə? Harada? Nə vaxt” Ermənistan efirindədir. Bu 17 il ərzində intellektual televiziya oyunu dövlət dəstəyini alıb. Bu il Ermənistan hökuməti proqramın bütün müəllif hüquqlarına sahib olan "Game TV" Rusiya şirkətindən aldığı lisenziyaya görə pul ödəmir", deyə Karen Koçaryan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB