Ermənistanda üç yaşlı uşağın ölümünə səbəb "Donuz qripi" olub. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan təsdiqləyib.
Məlumatda qeyd olunur ki, Ermənistanın Ararat rayonunun Ararat kəndindən olan üç yaşlı qız İrəvanın Müqəddəs Məryəm tibb mərkəzində ölüb. İlkin məlumatlara görə, uşağa "donuz qripi" (H1N1 virusu) diaqnozu qoyulub.
Ermənistana məxsus nəşrin verdiyi məlumata görə, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan qızda "donuz qripi" nin olduğunu təsdiqləyib, lakin uşağın ölümünə səbəb yalnız bu virusun olduğunu iddia etməkdə belə nazirlik tərəddüd edib.
Bildirilir ki, uşağın valideynləri bir ay ərzində mütəxəssislərlə əlaqə qurmayıblar, nəticədə uşağın vəziyyəti pisləşib. Qız olduqca ağır vəziyyətdə xəstəxanaya aparılıb və onu xilas etmək mümkün olmayıb.
Əslində, 3 yaşlı qızın təhlükəli virusa yoluxması və onun həyatını xilas etməyin mümkünsüzlüyü Ermənistan səhiyyəsində problemlərdən, ölkədə xəstəlik həyəcanından xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB