"Türkiyə niyə Liviyaya ordu göndərmək istəyir?" ÖZƏL-MÖVQE

"Türkiyə niyə Liviyaya ordu göndərmək istəyir?" ÖZƏL-MÖVQE

"Türkiyə Liviyaya ordu göndərmək istəyir. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son müsahibəsində bildirib. Məsələ burasındadır ki, müxalif general Xəlifə Xaftarın silahlı birlikləri Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çalışır". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Tripolidəki hökumət isə Türkiyədən kömək istəyir

Türkiyə niyə Liviyaya ordusunu göndərmək istəyir?

Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr biləşiblər. Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı əməkdaşlıq edirlər. Bu əməkdaşlıq həm də Türkiyənin əleyhinədir. Ərdoğan bunu yeni “Sevr anlaşması” adlandırır. Əgər general Xaftar Liviyanın tamamını ələ keçirsə Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Ankara general Xaftarın Tripolini ələ keçirməsinə mane olmaq istəyir.

Gerenal Xaftarı dəstəkləyənlər arasında Rusiya da var. Kremlin dəstəklədiyi və rus muzdlulardan formalaşan qeyri-leqal “Vaqner” silahlı birləşməsi Liviyada general Xaftara dəstək verir. Rusiya Türkiyə ilə müxtəlif məsələlərdə əməkdaşlıq edir, Suriyada birlikdə qayda-qanun yaratmağa çalışırlar. Liviyada Türkiyə və Rusiyanın maraqları tərs düşsə, iki ölkə arasındakı münasibətlərdə çat əmələ gələ bilər. Bu nə Moskvanın, nə də Ankaranın maraqlarına cavab verir.

Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda Ərdoğanla birgə “Türk axını” boru xəttinin açılışında iştirak edəcək. İki lider Liviya mövzusunu da müzakirə edəcəklər. Böyük ehtimalla Rusiya və Türkiyə Suriya məsələsində əməkdaşlıq etdikləri kimi Liviya məsələsində də ortaq məxrəcə gəlməyə çalışacaqlar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə