"Bu, Azərbaycan-Türkiyə münasibətlərini daha da sıxlaşdıracaq" -ÖZƏL AÇIQLAMA
“ABŞ senatında qondarma erməni soyqırımının qəbul edilməsi ilə əlaqədar qanun layihəsinin ilk öncə Azərbaycana mənəvi təsirlərindən danışmaq lazımdır”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə arasında “Bir millət iki dövlət” prinsipi var: “Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasət gündəminə gətirilən bir prinsipdir. Türkiyəyə siyasi qüvvələrdən hər hansı bir zərər dəydikdə əlbəttə, Azərbaycan hər zaman Türkiyənin yanında olub və dəstəkləyib. Digər tərəfdən illərdir Ermanistan tərəfdən Azərbaycana təcavüz olunur və torpaqlarımız işğal altındadır. Azərbaycanın Dağlıq Qarabağ əhalisi etnik təmizlənməyə məruz qalıb. Xocalıda soyqırımı törədilib, lakin bu faktlara dünyanın nüfuzlu siyasi dairələri lazımi qiymət verməyiblər. Bu da Ermənistanın mənfur əməllərinə davam etməsinə imkan yaradır”.
İ.Vəlizadə vurğulayıb ki, belə vəziyyətdə ikili standartların mövcudluğu bu məsələlərdə ədalətsiz mövqenin olmasına gətirib çıxarıb: “Bütün bu hallar dünyada siyasi prosesləri daha da mürəkkəbləşdirib. Bu nöqteyi nəzərdən bu qanun layihəsinin təbii ki, Azərbaycana mənfi təsiri ola bilər. O ki, qaldı real təsirlərə, bundan danışmaq düzgün olmazdı. Çünki bu qanun layihəsinin Türkiyəyə də hər hansı bir təsiri olmayacaq. Bu qətnamə hər hansı sanksiyaların tətbiqini, eyni zamanda Türkiyəyə mənfi təsir edə biləcək təziq mexanizmini işə salınmasını nəzərdə tutmur. Başa düşmək lazımdır ki, ABŞ-ın Türkiyə maraqları böyükdür. Məsələyə region prizmasından yanaşmaq lazımdır. Bütün bunları nəzərə alaraq demək olar ki, bu qətnamə real siyasətə heç bir təsir göstərməyəcək. Sadəcə olaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da sıxlaşdıracaq və bu cür qurma siyasətin nəticəsində yaranan problemlərin öhdəsindən gəlmək üçün birgə səylərin göstərilməsinə vadar edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB