Hulusi Kılıç Novruz Bayramı münasibətlə Azərbaycan xalqını tәbrik edib

Hulusi Kılıç Novruz Bayramı münasibətlə Azərbaycan xalqını tәbrik edib
Türkiyә Cümhuriyyətinin Azәrbaycandakı sәfiri Hulusi Kılıç Novruz Bayramı münasibətlə Azərbaycan xalqını tәbrik edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, təbrikdə deyilir: "Qardaş və dost Azərbaycan xalqını Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Novruz bayramının hər il Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanması və gözəl şənliklərlə qeyd edilməsi təqdirəlayiq haldır. Artıq bu əziz günü dördüncü dəfədir doğma Azərbaycanımda sizlərlə bərabər qeyd etməkdən xoşbəxtlik və sevinc hiss edirəm. Baharın Azərbaycanda və Azərbaycan sərhədlərindən uzaqlarda yaşayan bacı və qardaşlarıma cansağlığı, xoş güzəran, bərəkət, əmin-amanlıq və sevinc gətirməsini diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə