Avropa Komissiyasının sədri: “Dağlıq Qarabağda status-kvo-nun saxlanılması seçim yolu deyil” - MÖVQE
"Dağlıq Qarabağda status-kvo-nun saxlanılması seçim yolu deyil". SİA-nın verdiyi məlumata görə, bu sözləri Belçikada səfərdə olan Ermənistanın baş naziri Tiqran Sarkisyanla görüşündə Avropa Komissiyasının sədri Joze Manuel Barrozo deyib.
Avropa İttifaqının ərazi bütovlüyünün bərpası və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəklədiyini deyən Komissiya sədri bildirib ki, cəbhə xəttindəki silahlı qarşıdurmalardan və regionun silahlanmasından ciddi narahatlıq keçirir. O, bildirib ki, münaqişənin həll edilməməsi regionun inkişafına əsas maneədir. Barrozo Avropa İttifaqınının münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində mehriban əlaqələri inkişaf etdirməyə çalışdığını dilə gətirib.
Avropa İttifaqının Ermənistan-Türkiyə yaxınlaşmasını da dəstəkləməyə davam edəcəyini vuğulayan Avropa Komissiyasının sədri yaxın gələcəkdə dialoq üçün yeni imkanlar yaranacağından əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB