"Qərb Ermənistanın siyasi şou göstərdiyini başa düşür" ŞƏRH-ÖZƏL

“İşğalçı ölkə tarixi həqiqətlərin saxtalaşdırılması istiqamətində cəhdlərini davam etdirir. Ermənilər tez-tez Qarabağda erməni icmasının sayının 150 min olduğunu təkrarlayır, azərbaycanlılar haqqında isə ümumiyyətlə, susurlar”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, Dağlıq Qarabağın Azərbaycan icmasının son vaxtlar aktiv fəaliyyəti artıq onları qorxutmağa başlayıb və Qərb də bunu başa düşür.

Onun sözlərinə görə, Qərb anlayır ki, əsas məqsəd Paşinyan və digərlərinin siyasi ambisiyalarından başqa bir şey deyil: “ Bu baxımdan Avropa bir az dirəniş göstərsə və hüquqi baxımdan hərəkət etsə, qondarma “Dağlıq Qarabağ”da referendum “seçki”ləri ilə bağlı konkret qərarın ortaya qoyulmasına kifayət edər”.

A.Nağıyev qeyd edib ki, Avropa Birliyi dəqiq bilir ki, bu, bir siyasi şoudur və məqsəd heç də kiminsə qondarma bir qurumun rəhbərliyinə gətirilməsindən getmir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...