Yaponiyadan ziddiyyətli xəbərlər

Yaponiyadan ziddiyyətli xəbərlər

Yaponiyada fəaliyyət göstərən atom elektrik stansiyalarındakı 54 reaktordan 11-i çalışmır. SİA-nın xəbərinə görə, bu reaktorlardan dördü Fukuşima AES-də yerlləşir. 3 dərəcəli təhlükəsizlik siqnalı verilən stansiyada sunamidən sonra yedək generatorlar çalışmadığı üçün təhlükəsizlik tədbirləri yetərli olmayıb. Hündürlüyü 10 metrə çatan dalğaların reaktorlardakı soyutma sistemində qəzaya səbəb olduğu, nüvə yanacağı hovuzlarına gedən soyutma suyu kəsildiyi üçün partlayış baş verdiyi bildirilir. Ən son yanğın başlayan dördüncü reaktorda da təhlükə aradan qalxmayıb. Nüvə yanacağının soyudulduğu hovuzda suyub buxarlanaraq azalması ehtimalı narahatlıq yaradır. Reaktorun divarlarında iki böyük dəlik açıldığı, radiasiyanın birbaşa havaya qarışdığı bildirilir.

Partlayış baş verən digər 3 reaktora isə dəniz suyu pompalanır. Bu prosedurun 10 gün içərisində tamamlanması gözlənilir. Dördüncü reaktora dəniz suyu vurulması işinin isə iki-üç gün içərisində başlayacağı bildirilir. Reaktora yaxınlaşmaq təhlükəli olduğu üçün vertolyotlarla havadan soyutma variantı üzərində durulur.

Rəsmilər zərər görən reaktorlardan sızan radiasiyanın birbaşa atmosferə qarışdığını bildirirlər. Radiasiya səviyyəsi ilə bağlı isə heç bir açıqlama verilmir.

Yaponiya hökuməti stansiyanı çalışdıran şirkətin lazımi məlumatları verməməsindən narahatlığını ifadə edib. Şirkətin 800 işçisini radiasiya təhlükəsi səbəbilə bölgədən çəkməsi, söndürmə işləri üçün yalnız 50 işçi ayırması narahatlığı daha da artırır. Yaponiya hökuməti Fukuşima ətrafında radiasiyanın təhlükəli səviyədən aşağı düşdüyünü açıqlayıb. Tokionun 100 kilometrliyindəki Maebaşi şəhərində radiasiya səviyyəsinin normaldan 10 dəfə çox olduğu bildirilib.

Beynəlxalq Atom Enerjisi Təşkilatının açıqlamasına görə, Yaponiyada indiyə qədər 150 nəfərdə radiasiya səviyyəsi ilə bağlı araşdırma başlayıb. 23 nəfərin bədənində yüksək miqdarda radiasiya aşkarlanıb . AES ətrafında yaşayan 140 min insanın evlərini tərk etməməsi istənib.

Bütün xəbərlər Facebook səhifəmizdə