"Mehriban Əliyevanın xeyirxah əməlləri hər bir kəsə ümid bəxş edir" ÖZƏL-MÜNASİBƏT

Heydər Əliyev Fondu yarandığı ilk gündən həyata keçirdiyi xeyirxah tədbirlərlə, insanlara qayğısı, yardımı və köməyi ilə xalqın böyük rəğbətini qazanmışdır. Bunu SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat xüsusilə vurğulayıb ki, Fonda müraciət edən 10 minlərlə insan onun qayğısından bəhrələnmiş, təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında bu fond müstəsna rol oynamışdır və məhz buna görə də qayğıya, köməyə ehtiyacı olan insanlar Heydər Əliyev fonduna pənah gətirir və fond ən çətin anda belələrinin köməyinə çatmaqdadır.

"Fondun qəza nəticəsində ağır vəziyyətdə olan vəkil Oktay Güləliyevə kömək əli uzatması, onun Türkiyədə müalicə olunmasına dəstək verilməsi və müalicənin gələcək mərhələlərinin də davam etdirilməsinə dəstək göstəriləcəyi təqdirəlayiqdir. Bu qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanın Birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın xeyirxah əməlləri məhz buna görə də hər bir kəsə ümid, inam, məhəbbət bəxş edir", deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...