Düşərgə parlament seçkilərinə qatılır və radikal çağırışları rədd edir
Parlament seçkiləri ərəfəsində müxalifət düşərgəsində də müəyyən canlanma hiss olunur. Lakin düşərgənin bir qismindən fərqli olaraq, radikal qanad gah boykot, gah da hər hansı aksiya mövzuları ətrafında gündəmdə qalmağa cəhdlər göstərirlər. Daha dəqiq desək, AXCP-“Milli Şura” cütlüyünün bu ətrafda var-gəl etmələri müxalifətin digər cinahları tərəfindən rədd edilməkdədir. Seçkilərə qatılacaqlarını bəyan edən müxalifət partiya və qurumlarının böyük qismi ümumiyyətlə, mitinq, aksiya və s. kimi məsələlərin tələb olmadığını bildirir, bu qərarı rədd edirlər.
ADP sədri Sərdar Cəlaloğlu: “Müxalifətin seçkiöncəsi ümumi şəkildə mitinqlər keçirməsi mümkünsüz görünür”
Misal üçün, ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında bildirir ki, müxalifətin seçkiöncəsi ümumi şəkildə mitinqlər keçirməsi mümkünsüz görünür. O, bunu belə izah edib ki, düşərgədəki partiyalar blok və birlik şəklində seçkilərə qatılmır. Bu baxımdan, aksiyaların keçirilməsinə də heç bir ehtiyac yoxdur.
ADP sədri hətta blokların yaradılmasının da səmərəsiz olduğunu deyərək, bunun üçün çox az zaman qaldığını qeyd edib: “Hazırda görünən odur ki, siyasi partiyalar seçkilərə tək gedirlər. Blok yaratmaq üçün seçkilərə qalan müddət çox azdır. Gərək aylar öncədən blok elan olunardı”.
“Müxalifətin seçkiöncəsi ümumi şəkildə mitinqlər keçirməsi mümkünsüz görünür”, deyən S.Claloğlu bəyan edib ki, o və partiyası nə boykot taktikasını, nə də mitinqlər keçirməyin tərəfdarı deyil. O, sadəcə seçkilərə hazırlaşmağın vacib amil olduğunu deyib.
AMİP-in katibi Əli Orucov: “Mitinq mövzusu aktual deyil”
Digər müxalifət partiyasının rəsmisi – AMİP-in katibi Əli Orucov isə belə qənaətə gəlib ki, 9 fevralda keçiriləcək parlament seçkilərinə ehtimal olunur ki, hər bir partiya müstəqil şəkildə qatılacaq və belə olan halda mitinqlərə, hər hansı bir aksiyalara ehtiyac qalmır. “Çünki namizədlər təbliğat-təşviqatlarını fərdi qaydada öz dairələrində quracaqlar”, deyən müxalifət partiyasının təmsilçisi mitinq yükünün altına girməyin mənasız olduğunu bildirib: “Mitinq mövzusu bu gün üçün aktual deyil...”
Beləliklə, AXCP-“Mili Şura” cütlüyünün düşərgədaxili boykot cəhdlərnin nəticəsiz qaldığını bəri başdan düşünmək olar. Çünki yalnız ADP və AMİP deyil, o cümlədən digər müxalifət partiyaları da seçkilərə qatılmaq qərarlarını veriblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB