Dövlət Yol Polisi İdarəsinə yeni helikopter alınıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətin parlamentə təqdim etdiyi hesabatında bildirilir. Məlumatda qeyd olunub ki, ötən il dövlət büdcəsindən Daxili İşlər Nazirliyinə 264 milyon 296 min 745 manat vəsait ayrılıb. Ayrılmış vəsait təsdiq edilmiş smetaya uyğun təyinatı üzrə xərclənib. Daxili işlər orqanlarına xidməti istifadə üçün 192, o cümlədən 90 "Fiat Doblo", 55 "Fiat Linea", 19 "Hyundai Sonata", 10 "Hyundai Tucson" və s. avtomobillər, habelə Dövlət Yol Polisinə 1 ədəd helikopter alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB