Fransada pensiya islahatlarına qarşı tətil başlayacaq

Fransada pensiya islahatlarına qarşı tətil başlayacaq

Bu gün Fransada ictimai nəqliyyatda əhəmiyyətli fasilələrə səbəb olacaq geniş miqyaslı milli tətil başlayacaq və məhdudiyyətsiz olacaq. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, fərqli kateqoriyalı fransızlar hökumətin elan etdiyi pensiya islahatlarına etiraz etməyə hazırlaşırlar.

Paris ictimai nəqliyyat şirkətinin verdiyi məlumata görə, tətil səbəbindən Paris metrosunun on bir xəttində qatarlar tamamilə dayanacaq. Yalnız iki xətt normal rejimdə fəaliyyət göstərəcək.

Parisdə işləyən qatarlarının işində ciddi fasilələrin olacağı, paytaxtda işləyən avtobus və tramvayların yalnız 30 faizinin fəaliyyət göstərəcəyi qeyd olunur. Bununla yanaşı şəhər qatarlarının, 233 isə daxili uçuşların ləğv olunduğu açıqlanıb. Alternativ nəqliyyat vasitələri velosipedlər, skuterlər olacaq. Fransızlara işə getmək üçün digər xidmətlərdən istifadə etmələri tövsiyə olunur. Nəqliyyatın olmaması səbəbindən bir sıra Fransız şirkətlərinin rəhbər işçilərinin uzaqdan işləmələri ilə bağlı qərarlar qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə