Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Rusiya Xarici işlər naziri Serqey Lavrovun Bakıya səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyişlə yadda qalmayıb. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Politoloq qeyd edib ki, təbii ki, mətbuat üçün açıqlamada İrəvanda verdiyi açıqlamanın tam əksinə olaraq bəyanat verib: "Yəni Lavrovun səfəri rəsmi olduğu üçün tam protokol qaydalarına uyğunsəfər kimi yadda qalıb. Cənab Prezident İlham Əliyevin qəbulunda olanda Lavrovla Rusiya–Azərbaycan arasında qarşlıqlı münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparılıb. Təbii ki, münaqişənin həllində dönüş yaranmaması və bunda Rusiyanın, o cümlədən ATƏT-in Minsk qrupunda təmsil olunan bir açar fiqur olan dövlətin xarici işlər nazirinin nəzərinə çatdırılıb. Bununla yanaşı cənab Məmmədyarov da danışıqların dalana dirəndiyi ilə bağlı öz fikrini çatdırıb".
A.Nağıyev vurğulayıb ki, Bratislava görüşündən müəyyən gözləntilər olsa da konkret bir irəliləyiş olmayıb: "Çünki Ermənistan rəhbərliyinin son açıqlamaları artıq münaqişənin həllinə yönəlməyib,sadəcə olaraq separatçıların üçüncü tərəf kimi danışıqlarda iştirakını nəzərdə tutur və bilərəkdən edilir. Məlumdur ki, Azərbaycan bu təklifi qəbul etməcəkdir və bu status kvonu saxlanmaq üçün ermənilərin daima yürütdüyü siyasi gedişlərdir. Zənnimcə həm Rusiya,həm də regional aktorlar və təbii ki, ATƏT-in digər həmsdrləri bunun nə ilə nəticələnə biləcəyini düşünməlidirlər. Əks halda bütün baş verə biləcək hadisələr görə birbaşa cavabdehlik daşıyacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB