"Yeni ruhlu parlament Azərbaycanın dövlət imicinə töhfə verəcək“ RƏY-ÖZƏL
“Milli Məclisdə (MM) çoxluğu təşkil edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və hakim partiyadan olan millət vəkillərinin 5-ci çağırış parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsünü bir millət vəkili olaraq, mən də dəstəkləyir və alqışlayıram”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Kamilə Əlliyeva deyib.
Bu gün ölkəmizdə bütün sahələrdə yeniləşmə, islahatlar prosesinin getidiyini deyən deputat söyləyib ki, bütün sahələrdə yeniləşmə, islahatlar özünün geniş bəhrəsini, səmərəsini və töhfəsini verməkdir: “Bunu hər birimiz bir vənətdaş olaraq, öz gündəlik həyatımızda və yaşayışımızda hiss etməkdəyik”.
K. Əliyeva söyləyib ki, bütün sahələrdə dərinləşən islahatlara, dövlət başçısının həyata keçirdiyi siyasətə daha böyük dəstəyin verilməsi olduqca önəmli idi: “Ali qanunverici orqanın üzvləri olaraq, 5-ci cağırış parlamentin deputatları da təbii ki, bu proseslərdən kənarda qala bilməzdi. Ötən müddət ərzində də Milli Məclis və onun üzvləri bütün məsələlərdə, o cümlədən, islahatlara dəstək verilməsində öz sözünü deməyə çalışmış, həyata keçirilən siyasətin birmənalı və səmimi müdafiəçisi kimi çıxış ediblər. Ancaq həyat, dövr, zaman, reallıqlar bu dəstəyin daha geniş şəkildə ifadə olunması, islahatlar prosesinin bu istiqamətdə də sürətləndirilməsi, parlamentin dəyişiklər, yeniliklər ab-havasına daha sürətli və çevik adaptasiyasını şərtləndirib. Bu baxımdan, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi zərurəti meydana gəlib”.
Deputat hesab edir ki, yeni seçkilər, yeni ruhlu parlament Azərbaycanın dünyada, beynəlxalq aləmdə demokratik dövlət imicinin artırılmasına öz müsbət töhfəsini mütləq şəkildə vermiş olacaq: “Eyni zamanda, ölkədə bütün sahələrdə genişlənən islahatlar prosesinin daha da dərinləşdirilməsi və geridönməz xarakter daşımasında öz əvəzsiz rolunu oynayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB