Robert Qeyts Bəhreynə gedib
ABŞ-ın müdafiə naziri Robert Qeyts krallıq liderləri ilə görüşlər məqsədi ilə Bəhreynə səfər edib. SİA-nın xəbərinə görə, NATO-nun Brussel görüşündən birbaşa o ölkəyə səfər edən nazir Bəhreyn və digər Yaxın Şərq ölkələrində islshatlara çağırır. Onun səfəri müxalifətin aksiya keçirdiyi günə təsadüf edib. Bəhreyndə polis minlərlə şiə nümayişçiyə qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər paytaxt yaxınlığında Manama şəhərindəki kral sarayına doğru irəliləyib. Hüquq-mühafizə orqanları hökumət əleyhdarı nümayişçilərin sünni hökumətin tərəfdarları ilə qarşıdurmasına mane olmaq məqsədi ilə kompleksə gedən yolları bağlayıb. Hökumət tərəfdarları əllərində qılınc və dəyənəklərlə kral sarayı yaxınlarına toplaşıb. Xəbərlərdə hər iki tərəfdən nümayişçilərin polisi daşa basdığı bildirilir. Şiələrin başçılıq etdiyi müxalifətin aksiyaları həftələrdir ki, davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə