"Hər kəs Azərbaycan dövlətinin ətrafında birləşməlidir" ÖZƏL-MÜNASİBƏT
"Prezidentin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş mərasimdə çıxışı proqram xarakteri daşıyır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Deputatın sözlərinə görə, Prezidentin çıxışı ideoloji işin keyfiyyətinə əsas verirdi və xüsusilə gənclərin milli-mənəvi, vətənpərvər ruhda böyüməsinə yönləndirilmişdi: "Bu çıxışdan da müvafiq qurumlar nəticə çıxarmalıdırlar və bu istiqamətdə öz işlərini gücləndirməlidirlər. Prezident həmçinin doğru vurğuladı ki, ideoloji işi gücləndirmək lazımdır, milli-mənəvi tərbiyə çox vacib məsələdir. İndiki gənclər bizim gələcək dövlətimizin qurucusudurlar və onların vətənpərvər ruhda böyüməsi çox vacibdir".
M.Quliyev onu da qeyd edib ki, eyni zamanda bu işə əngəl törədən həm daxili, həm də xarici qüvvələr var. Prezident bundan əvvəlki çıxışlarında da o qüvvələrin konkret ünvanlarını göstərmişdir. Bu təxribatların qarşısını almaq üçün hər kəs Azərbaycan dövlətinin ətrafında birləşməlidir və ölkə başçısının apardığı ideoloji xətti dəstəkləməlidir.
Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB