Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını milli valyuta naminə dollardan imtina etməyə çağırıb. SİA-nın xəbərinə görə, Türkiyə prezidenti parlamentdə çıxış edərkən deyib: “Ölkəmizə güvənən, ona sərmayə qoyanların hamısı qalib gəldi və qazanmağa davam edirlər. Dollar atın, gəlin türk lirəsinə keçək. Kimliyimizi, suverenliyimizi nümayiş etdirək”.
O əlavə edib ki, Türkiyənin iqtisadi vəziyyəti stabilləşməkdə davam edir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB