Hüquqların müdafiəsi sahəsində pis vəziyyət barədə Paşinyanın etirafları

Hüquqların müdafiəsi sahəsində pis vəziyyət barədə Paşinyanın etirafları

Bu gün Ermənistanda insan hüquqlarının müdafiəsi sahəsi yaxşı vəziyyətdə deyil, yəni pis vəziyyətdədir. SİA Ermənitana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bu gün Ermənistanda İnsan Hüquqlarını Müdafiə Təşkilatının 15 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda söyləyib.

Baş nazirin sözlərinə görə, illər ərzində Ombudsman aparatı ilə hökumət arasında münasibətlər çətinləşib. O, etiraf edib ki, 2018-ci ildə baş verən məxməri inqilab nəticəsində insan hüquqlarının müdafiəçisinin fəaliyyəti və ümumilikdə insan hüquqlarının qorunması üçün yeni şərait və mühit yaradılsa da bu, Ermənistanda insan hüquqlarının müdafiəsi sahəsinin yaxşı vəziyyətdə olması anlamına gəlmir. Bir sözlə, erməni baş nazir ölkəsində hüquqların təminatının olmadığını, dolayısı ilə, hüquqların pozulduğunu etiraf edib. Paşinyan həmçinin onu da bildirib ki, insan hüquqlarının müdafiəsi Ombudsman aparatı və hökumət üçün eyni dərəcədə prioritet olaraq qalır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə