Politoloq: “Tərəflər münaqişənin nizamlanmasında sülhə doğru addımlayırlar”

Politoloq: “Tərəflər münaqişənin nizamlanmasında sülhə doğru addımlayırlar”

Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin görüşündə böyük nailiyyətlər əldə olunmasa da müəyyən irəliləyişlər özünü göstərdi. SİA-nın xəbərinə görə, bunu MDB Siyasi İnstitutlar Birliyinin Ermənistan üzrə rəhbəri Aleksandr Markarov deyib. O, qeyd edib ki, tərəflər münaqişənin nizamlanmasında sülhə doğru addımlayırlar.

Münaqişənin həllinə toxunan politoloq Azərbaycan və Ermənistanın hazırda seçim qarşısında qaldıqlarını vurğulayıb: "Danışıqlar prosesi gecikir. Eyni zamanda ləng gedən bu danışıqlar prosesində kiçik addımlara da ciddi yanaşmaq lazımdır".

 

O, qeyd edib ki, tərəflər qəfil addımlar atmağa hazır deyillər: "Ermənistan müharibənin yenidən alovlanmasının tərəfdarı olmasa da buna həmişə hazırdır. Eyni zamanda Azərbaycan tərəfi gözəl anlayır ki, müharibə tək ermənilərə yox, Azərbaycana da mənfi təsir edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə