Səbail rayon İcra Hakimiyyəti müxalifət mətbuatının məlumatlarını təkzib etdi

Səbail rayon İcra Hakimiyyəti müxalifət mətbuatının məlumatlarını təkzib etdi
Xəbər vediyimiz kimi, bu gün bir qrup gənc paytaxtda aksiyalar keçirməyə cəhd ediblər. Lakin polis əməkdaşlarının səyi nəticəsində aksiyaların qarşısı tez bir zamanda alınıb və nəticədə bir neçə gənc həbs olunub. Bəzi müxalifət mətbuatının yaydığı məlumatlarda saxlanılan Camal Mirzəməmmədovun Yeni Azərbaycan Partiyasının üzvü olduğu və Səbail rayon İcra Hakimiyyətində işlədiyi qeyd olunur.

Səbail rayon İcra Hakimiyyəti isə bu məlumatları təkzib edib. Belə ki, Səbail rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov SİA-ya açıqlamasında bildirib ki, adı qeyd olunan Camal Mirzəmməmmədov adlı şəxs İcra Hakimiyyətində işləmir və onun bu quruma heç bir aidiyyatı yoxdur. Onun sözlərinə görə, icra hakimiyyətində onun barəsində heç bir məlumat mövcud deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə