Rayon icra başçısı: “Biz heç vaxt qanunsuz işlərə qol qoymuruq”

Rayon icra başçısı: “Biz heç vaxt qanunsuz işlərə qol qoymuruq”
Dövlət başçısı İlham Əliyevin korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılmasına dair verdiyi tapşırıqlardan sonra bütün qurumlarda olduğu kimi Səbail rayon İcra Hakimiyyətində də mühüm işlər görülüb. SİA-nın xəbərinə görə, bu barədə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məlumat verib. O bildirib ki, müəyyən neqativ hallara yol verməmək üçün hüquq mühafizə orqanları tərəfindən ciddi tapşırıqlar var. İcra başçısının sözlərinə görə, bununla bağlı əgər müəyyən siqnallar daxil olarsa, bunların araşdırılacaq və vaxtında həll olunması üçün addımlar atılacaq.

A.Əsgərov başqa bir məsələyə də münasibət bildirib. O vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan ərazidə tikilən evlərin sökülməsi ilə bağlı Azneft İstehsalat Birliyi məhkəmələrə müraciət edib: "Bu evlərin sökülməsi haqqında məsələ artıq müzakirə olunur. Bununla bağlı dəfələrlə insanlar bizlərə müraciət edirlər. Ancaq təəssüf ki, bu məsələ ilə bağlı atacağımız elə bir addımlar yoxdur. Bunlar Dövlət Neft Şirkətinin torpaqlarına məxsusdur. Onların torpaqları qanunsuz zəbt olunubsa, bu təkcə Səbail rayonunda deyil, bir çox rayonlar belə hallar mövcuddur. Biz qanunsuz işlərə qol qoymuruq və qanunsuz məsələlərə heç vaxt müdaxilə etmirik. Ona görə də nədənsə yararlanmaq istəyən şəxslərə qanun çərçivəsində cavab veriləndə onlar bununla razılaşmalı olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə