Araik Harutyunyanın istefası məsələsi parlamentdə müzakirəyə qədər böyüyüb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, "Daşnaktsutyun" partiyası bu yaxınlarda "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" partiyasına təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın vəzifədən azad edilməsi təklifi ilə əlaqədar məktub göndərib. Nəşrin məlumatına görə, partiyalar təklifi araşdırıblar və məktuba yazılı cavab verəcəkləri gözlənilir. Həmçinin qeyd olunur ki, məsələnin müzakirəsi Ermənistan parlamentində də aparılıb və bu da öz növbəsində işin ciddiliyindən xəbər verir. Yəqin ki, parlamentin növbəti iclasında Araik Arutyunyanın istefası məsələsi müzakirə edilərək cavab veriləcək.
Xatırladak ki, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın vəzifədən azad edilməsi tələbi ilə bir müddətdir ki, Ermənistanda, hətta bu ölkənin səhədlərindən kənarda da ermənilər davamlı olaraq aksiyalar, mitinqlər keçirirlər. Amma Ermənistanın baş naziri Araik Arutyunyanı müdafiə edir. Görünür, artıq aksiyalar Ermənistan hakimiyyətini dalana dirəyib və naziri müdafiə edən Paşinyanın və ətrafının da çıxış yolu qalmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB