"Paşinyanı əsir götürüblər, alnına da tapança dirəyiblər" İSTEHZA

Erməni siyasi fəalının iddiası maraqdoğurucudur

Ermənistanın baş naziri Nikol Paşinyanın Sorosun təsiri altında fəaliyyəti barədə irəli sürülən iddialar ilk dəfə deyil və artıq hakimiyyət daxilində də parçalanmış qanadlar iki istiqamətdə fəaliyyət göstərməkdədirlər – sorosçular və anti-sorosçular. SİA xəbər verir ki, erməni mətbuatı və ictimai rəyi Paşinyanın bu və ya digər fəaliyyətinin təhlillərini apararkən, onun heç də öz istəyi və iradəsi ilə ölkəsini idarə etmədiyi məlum olur. Daha dəqiq desək, əgər erməni baş nazir istər ölkəsində, istərsə də beynəlxalq turnelərdə etdiyi çıxışları zamanı bilavasitə Soros Fondunun verdiyi təlimatları əsasında danışır və həmin danışıqlar artıq boşboğazlıq kimi qeydə alınmaqdadır.

Narek Malyan: “Sorosçular öz iradələrini baş nazirə diktə edirlər və boşboğazlığa məcbur edirlər”

Sözügedən məsələ ilə bağlı ermənilərin aysır.am saytı erməni siyasi fəalı, “BETO” siyasi hərəkatının rəhbəri Narek Malyanın ilginc fikirlərini yayıb. “Facebook” sosial şəbəkəsində canlı yatıma çıxaraq fikirlərini yayan Malyan qeyd edib ki, sorosçular Nikol Paşinyanı girov götürüblər. “Onlar öz iradələrini baş nazirə diktə edirlər və boşboğazlığa məcbur edirlər”, deyə bildirən erməni siyasi fəalı Nikolun ağır atlet və transgender Mel Daluzyanla bağlı fikirlərinə yönəldib. Belə ki, erməni baş nazirin LGBT-ni dəstəkləməsi də kimsəyə sirr deyil. Lakin erməni ictimaiyyəti bu siyasətə qarçı çıxır və baş nazirin transgenderi şəxsi nəzarətində saxlaması barədə dediklərini hiddətlə qarşılayır.

“Məcbur edirlər ki, o, antimilli məsələlərin realizəsini gündəmə çıxarsın”

Beləliklə, “Mel Daluzyan mənim şəxsi müdafiəm altındadır”, deyən N.Paşinyana Malyan belə cavab verib: “Bir sual qalır ki, axı Paşinyan Daluzyanı kimdən qoruyur, çünki onun (Daluzyanın) kimlərləsə problemi yoxdur. Bütün bunlardan nəticə çıxararaq belə qərara gəldik ki, Paşinyanı əsir götürüblər və onu sərsəm sözlər danışmağa məcbur edirlər. Əsir götürənlər isə sorosçulardır. “Misal üçün, Daluzyanın şəxsi müdafiəsi altına götürülməsi fikirləri yersiz şeylərdir və heç bir məntiqi məna daşımır. Nikol Paşinyanı məcbur edirlər ki, o, antimilli məsələlərin realizəsini gündəmə çıxarsın”, Malyan bildirib.

“Sadəcə, onun alnına tapança dayayaraq deyirlər – axmaq-axmaq danış, o da danışır”

Daha bir maraqlı məqam “BETO” ictimai-siyasi hərəkat liderinin “Açıq cəmiyyət” fondunun qarşısında “Nikol Paşinyana azadlıq” şüarı altında aksiya keçirmək istəyidir. “Biz onun azadlığını tələb edəcəyik. Çünki onu (Paşinyanı) Sorosun və xarici agentura şəbəkəsinin caynaqlarından qurtarmaq lazımdır. Biz düşünürük ki, ağlı başında olan adekvat insan bənzər bəyanatlar səsləndirməməlidir. Sadəcə, onun alnına tapança dayayaraq deyirlər – axmaq-axmaq danış, o da danışır”.

Göründüyü kimi, artıq ermənilərin baş naziri ölkəsinin ictimai-siyasi gündəmində məsxərə obyektinə çevrilib və Malyanın sosial şəbəkədəki canlı yayımı və orada dediyi istehzalı fikirləri də bu faktı kifayət qədər əks etdirməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə