Ermənistanda ağır cinayətlərin sayı xeyli artıb

Ermənistanda ağır cinayətlərin sayı xeyli artıb

Ermənistanda bu ilin ilk 9 ayında ağır cinayətlərin sayı 30 faiz artıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Milli Statistika Xidməti məlumat yayıb. Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında 18 min 865 ağır cinayət fatkı qeydə alınıb. Ötən ilin uyğun dövründə isə bu rəqəm 17 min 673 hadisə olub.

Məlumata görə, hesabat dövründə 36 qətl və 24 özünü öldürməyə cəhd hadisəsi qeydə alınıb. Bu il silah tətbiqi ilə xuliqanlıq hadisələrinin sayı da, təxminən, 50 faiz artıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə