Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının strukturunda dəyişikliklər edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının strukturunda dəyişikliklər edilib. Bu barədə SİA-ya TQDK-nın mətbuat xidmətindən məlumat daxil olub. 2009-2011-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bir sıra yeni vəzifələrin icrası tapşırılıb. Bunlardan "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadənin təmin edilməsi, Rezidenturaya qəbulun aparılmasını qeyd etmək olar.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 fevral tarixli 28 nömrəli qərarı ilə TQDK-nın strukturunda və ştat cədvəlində bir sıra dəyişikliklər edilib, komissiyanın mərkəzi aparatında ştat vahidlərinin sayı artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB