“Yaradılan və sonradan dağılan müxalif birliklərin sayını-hesabını itirmişik” RƏY-ÖZƏL

“Yaradılan və sonradan dağılan müxalif birliklərin sayını-hesabını itirmişik” RƏY-ÖZƏL

"Dəfələrlə qeyd etmişəm ki, adları çəkilən insanların ümumiyyətlə, normal müasir dünyanın standartlarına uyğun sivil siyasi mübarizə aparmaq qabiliyyəti demək olar ki, yoxdur". Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, son zamanlar müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də bilmirlər ki, nə edilər: "Sadəcə olaraq, gündəmdə qalmaq üçün və xarici havadarlarından aldıqları maliyyənin hesabatını vermək naminə bütün vasitələrə əl atırlar. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən bu şəxslər seçkilər yaxınlaşanda bu cür aktivləşirlər. Bu illər ərzində biz dəfələrlə görmüşük ki, müxalifət düşərgəsini təmsil edən şəxslər dəfələrlə birləşərək bu cür birliklər yaradıblar. Amma müxalif birliklərin sonu dağılmaqla nəticələnib. Yəni hər zaman olduğu kimi, mehriban olaraq bir ayara gələn müxalifət az keçmədən düşmən olaraq bir- birindən ayrılıb. Artıq bu 26 il ərzində müxaliflər tərəfindən yaradılan və sonradan dağılan müxalif birliklərin sayını-hesabını itirmişik. Yəni bu 26 il ərzində birləşirlər və az keçmir sonradan ayrılırlar. Heç kəsə sirr deyil ki, bu gün müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Onlar bütün hərəkətləri insanlarda gülüş doğurur. Bir sözlə, müxalifət düşərgəsini təmsil edən adları çəkilən bu şəxslər tərəfindən yaradılan bu birliklər də o biri birliklər kimi ömürləri uzun olmayacaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə