"Rusiya və ABŞ arasında “soyuq müharibə” başlandıqdan sonra hər birinin verdiyi bəyanata çox qıcıqla yanaşırlar. Hesab edirəm ki, bu, iki ölkə arasında gedən “soyuq müharibə”nin bariz nümunəsidir. Burada yenə də söhbət nüfuz davasından gedir.". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Son vaxtlar ABŞ prezidenti Donald Trampın impiçment məsələsi və digər məsələlərin ortalığa qoyulduğunu deyən politoloq söyləyib ki, bundan o düşünür ki, Türkiyənin apardığı əməliyyatlardan sonra Rusiya həmin sərhəddə patrul xidmətinə başlayacaq: "Eyni zamanda, son olaraq, Bağdadinin ölümü ilə bağlı nədənsə ruslar sübut istəyirlər. Maraqlıdır, bu sübutu niyə tələb edirlər? Tutaq ki, ABŞ sübut təqdim etdi, Rusiya bundan necə yararlanacaq ki? Əgər sübut yoxdursa, o zaman bunların maraqları nədən ibarətdir? Yadınızdadırsa, Amerikanın Əfqanıstanda ”Əl-Qaidə" liderinə qarşı apardığı əməliyyatlar da həmin nəticəni verdi. Sonradan onların olduğu yerlər ibadət yerlərinə çevrilməsin deyə onun dənizə atılması barədə bəyanat verdilər. Ona görə də, bu gün Əl-Bağdadinin hətta ölüsünün olduğunu belə göstərməyəcəklər. Çünki sonradan ora ibadət yerinə çevrilə bilər. Ona görə əllərində sübut olsa belə Rusiyaya hər hansı məlumat verməyəcəklər. Bunlarda kəşfiyyat məlumatı ola bilər. Çünki keçirilən əməliyyatların Rusiyanın kəşfiyyat xarakterli texniki vasitələrlə izlənilməsi mümkündür. Məlum məsələdir ki, bunlarda Bağdadinin öldürülmədiyi barədə dəqiq məlumat olsa, bunlar çoxdan məlumat vermişdilər".
A. Nağıyevin fikrincə, göstərilən ərazidə deyildiyi kimi, əməliyyat keçirilibsə, bu əməliyyat baş tutub: "Amma Bağdadinin öldürülüb-öldürülməməsi şübhə doğura bilər. Çünki artıq terror liderlərini sıradan çıxarmaq məqamı gəlib çatıb. Əfqanıstan və digər istiqamətlərdə bu şəkildə oldu. Bağdadinin öldürülməsini Amerikanın ən nüfuzlu hərbiçiləri çıxışlarda qeyd edirlərsə, bu, bir qədər inandırıcı görünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB