"Onlar cəmiyyətə neqativdən başqa heçnə vəd etmirlər” ÖZƏL-MÜNASİBƏT
"Müxalifət keçirdiyi sonuncu icazəsiz mitinqdə cəmiyyətin bu cür reaksiyasını gözləmirdi. Onlar elə hesab edirdilər ki, özlərinin sıralarında, yanlarında olmayan cəmiyyətdə müəyyən qədər etirazçı qüvvələr də var. Bu bütün demokratik dövlətlərdə həmişə olur. Heç də hamı hansısa siyasətdən, kursdan razı olmur". Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli bildirib.
Onun sözlərinə görə, insanların hamısı eyni cür düşünmürlər və eyni cür deyillər: "Bunlar elə hesab edirdi ki, cəmiyyətdə kiçik qismdə də olsa o narazı elektoratı da öz tərəflərinə çəkəcəklər və böyük bir ajiotaj yarada biləcəklər. Amma biz bunun əksini gördük. Bu kütləvi aksiyalar çox sönük keçdi və onların fikirləşdiri kimi özünün möhtəşəmliyi ilə seçilmədi. Bildiyiniz kimi bu həm də böyük narazılıqlarla qarşılandı. Cəmiyyət buna çox ciddi təpkilər verdi. Hüquq-mühafizə orqanlarına insanların rahatlığının pozulması ilə bağlı müraciətlər var idi. Həmin gün Bakı kimi böyük bir şəhərinin bir çox küçələrində nəqliyyatın fəaliyyəti iflic vəziyyətinə gəlib çıxmışdı. İnsanlar şəhərin bir yerindən digər yerinə nəqliyyatla hərəkət edə bilmirdilər. Onlar həmçinin sosial şəbəkələrdə cəmiyyətin mənfi reaksiyasını gördülər. Beləcə onlar başa düşdülər ki, növbəti aksiyaları özlərinin əleyhinə yönələcəkdir. Onlar dərk edirlər ki, ətraflarında öz yaxınlarından başqa heç kim yoxdur.
Bu gün AXCP-nin rayon strukturları demək olar ki dağılıb və heç bir qərargahı da yoxdur. Bu necə təşkilatdır ki, bu illər ərazində heç bir inkişafı yoxdur və sıraları da artmayıb. Bu sual doğurur. Bütün bunlar siyasətçiyə sığmayan bir addımdır. Əgər bu insanlar doğurdan da siyasətdə qalmaq istəyirlərsə, ilk növbədə öz sıralarına yenidən baxmalıdırlar və partiyalarında islahatlar aparmalıdırlar. Əslində bu partiyaların strukturları tamamilə dağılıb. Belə olan halda onlar hansı ictimai təsirdən danışa bilərlər. Onlar cəmiyyətə neqativdən başqa heçnə vəd etmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB