Papikyanın İran səfəri Ermənistan həyəcanının təzahürü kimi

Papikyanın İran səfəri Ermənistan həyəcanının təzahürü kimi

Suren Papikyan noyabrın 1-də İrana işgüzar səfərə yola düşəcək. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan, 1-3 noyabr tarixlərində Tehranda keçiriləcək 19-cu Beynəlxalq Elektrik Enerji Sərgisində iştirak etmək üçün İran İslam Respublikasına işgüzar səfərə yola düşəcək.

Məlumatda qeyd olunur ki, səfər zamanı nazir Papikyanın İran İslam Respublikasının tərəfdaşları olan şöbə müdirləri, xüsusən enerji, neft, yol və şəhərsalma, həmçinin daxili işlər nazirləri ilə görüşləri planlaşdırılır.

Görünür Ermənistana məxsus mətbuat səhifələri Papikyanın İran səfərinin əsl mahiyyətini gizlətmək niyyətindədir, amma indi erməni cəmiyyətindən tutmuş bütün dünya ictimaiyyətinə qədər hər kəsə bəllidir ki, bu dövlət İranın Azərbaycanda keçirilən sammitdə 120 ölkə ilə birgə Azərbaycan torpaqlarının bütövlüyünü, Qarabağın bizim ərazimiz olmasını təsdiq etməsini, onları özlərinə yaxın hesab edən ermənilər həzm edə bilmirlər. Təsadüfi deyil ki, İrana Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirini göndərir və bütün bunlar sadalananları təsdiqləyir. Bir sözlə, Papikyanın İran səfəri Ermənistan həyəcanının təzahürü kimi dəyərləndirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə