Rusiyanın Ermənistandakı səfirliyinin kəskin ittihamları

Rusiyanın Ermənistandakı səfirliyinin kəskin ittihamları

Rusiyanın Ermənistandakı səfirliyi “Qərbyönümlü QHT və KİV-ləri” Ermənistan-Rusiya münasibətlərini pozmağa çalışmaqda ittiham edərək bəyanat yayıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hansı QHT və KİV-lərdən söhbət getdiyi açıqlanmır.

Səfirlik Ermənistan-Rusiya münasibətlərinin, hərbi bazanın problemlərinin və sairənin onlar tərəfindən müzakirə edilməsini qəbuledilməz hesab edir.
Məlumatda qeyd olunur ki, bəyanat Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Ermənistana səfəri kontekstində yayılıb. Həmçinin diqqətə çatdırılır ki, bu, sadəcə bir bəhanə idi və səbəblər daha dərin olub, çünki səfirliyin belə bir açıq ifadəyə müraciət etməsi və faktiki olaraq Ermənistanın daxili işlərinə müdaxilə etməsi qərarı heç də təsadüfi ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə