Rusiya və Türkiyənin hərəkətləri Suriyada kürdlərin taleyi haqqında rahat danışmaq imanı verir. SİA-nın xəbərinə görə, bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov açıqlamasında deyib.
O bildirib ki, hər iki ölkə Suriyadakı kürdlərin taleyi barədə razılığa gələ biləcək şərait yaradıb.
“Kürdlərlə bağlı problem qaçılmazdır. Mən deyərdim ki, bu, Suriya böhranından da daha geniş problemdir. Çünki kürdlər İraqda, İuranda hətta Türkiyənin özündə belə məskən salıblar. Heç kim eləcə də, bu ölkələr, bölgə kürd problemi ətrafında yaranan gərginlik səbəbindən zərərçəkmək istəmir. Heç kim kürdlərin özlərini ikinci dərəcəli insanlar kimi hiss etmələrini istəmir”,- deyə Lavrov qeyd edib.
Bundan əvvəl Türkiyə Prezidenti Tayyib Ərdoğan Moskvanın Suriyanın şimal-şərqindəki kürd silahlı qüvvələrinin təhlükəsizlik zonasından tamamilə çıxması barədə məlumat verdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB