Ermənilərin Simferopolda çıxışına imkan verilmədi

Ermənilərin Simferopolda çıxışına imkan verilmədi

Ermənilərin işğal etdikləri Dağlıq Qarabağda yaradılan qondarma Arsax dövlət ansamblının Krımda çıxışının qarşısı azərbaycanlılar tərəfindən alınıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiya Azərbaycanlıları Birliyinin Koordinasiya Şurası və Dünya Azərbaycan Mədəniyyət Fondu, qondarma Artsax dövlət ansamblının Krımın paytaxtı Simferopolda çıxışının qadağan edilməsini tələb edən bəyanat yayması səbəbindən ermənilərin çıxış edə bilmədikləri ermənilərin elə özləri tərəfdən də etiraf olunur.
Məlumatda o da qeyd olunur ki, Azərbaycanlılar, qondarma Artsax ansamblının konsertinin Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli müqavilələrə zidd və iki ölkənin maraqlarına cavab vermədiyini hesab edirlər.
Ermənistana məxsus mətbuat səhifələri Rusiya Azərbaycanlıları Birliyinin Koordinasiya Şurası və Dünya Azərbaycan Mədəniyyət Fondu tərəfindən Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə, Federal Millətlər Agentliyinin rəhbəri İqor Barinova, Krım Respublikasının rəhbəri Sergey Aksenova, Simferopolun meri Yelena Protsenkoya məktub ünvanlandığı barədə də yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə