"Mən heç nədən, heç kimdən qorxmuram və qorxacaq bir şey də yoxdur". SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bu gün Andranik Marqaryan siyasi məktəbinin məzunlarına sertifikat təqdimetmə mərasimindən sonra məzunlardan birinin sualını cavablandırarkən deyib.
“Bildiyiniz kimi, yalnız axmaq hər şeydən qorxur. 1988-ci ildən sonra çox qorxdum, Dağlıq Qarabağın bir hissəsini itirməkdən qorxdum ki, bunu da Ermənistan üçün real təhlükə hesab edirdim. Bu qorxu müharibə səbəbindən dəf edildi. Ancaq Ermənistandakı məsuliyyətsiz populistlərin dağıdıcı siyasətindən hələ də qorxuram. Özüm üçün qorxacaq heç nəyim yoxdur. Həbs olunmaqdan da qorxmuram. Amma qoy Ermənistana qarşı təhdidləri artıranlar, bu təhdid və təzyiqlərə şərait yaradanlar həbs edilsinlər", deyə S.Sarkisyan ehyamla çıxış edib.
Serj Sarkisyanın sözlərinə görə, müəyyən təsirlər üzündən tez-tez fikirlərini dəyişənlər çox qorxulu hesab olunurlar. “Mən qərar vermişəm, amma qərarı heç zaman dəyişməmişəm. Əgər cəmiyyətdə olmamağım iqtisadi inqilaba və Ermənistana köçənlərin axınına töhfə verərsə, buna görə qürur duyacağam, özümüzü xöşbəxt hesab edəcəyəm. Amma populist çıxışlarla ölkəni dağıdanlar həbs edilməlidir", deyən Serj Sarkisyanın Paşinyana ünvanlanan ültimativ bəyanatlar verməkdən çəkinməyib.
Ermənistanın üçüncü prezidenti ölkə vətəndaşları ilə sadə və səmimi söhbət edəcəyini də vəd edib. O, bildirib ki, sadə vətəndaşlarla söhbətlərə başlamanın, görüşlərin təşkil olunmasının vaxtına az qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB