Paşinyanın mövqeyi seçkilərə təsir edə bilməyəcək

Paşinyanın mövqeyi seçkilərə təsir edə bilməyəcək

Araik Arutyunyan əleyhinə kompromat Paşinyanın masasına qoyulub. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Past" qəzeti yazır.

Qəzet yazır ki, Dağlıq Qarabağda qondarma prezident seçkilərinə hazırlaşan siyasətçilər və siyasi qüvvələr müəyyən fəaliyyətdən sonra "nisbi sakitlik" və "müdafiə" mərhələsindədirlər. Əslində hər kəs öz güclərini qiymətləndirməyə çalışır.
Nəşrin Dağlıq Qarabağdakı mənbələrinə görə, Arutyunyanın özü də başa düşür ki, Paşinyanın bu seçkilərdəki mövqeyinin Dağlıq Qarabağ əhalisinin qərarına təsir etməyəcək. Amma buna baxmayaraq, onun müəyyən dəstəyə ehtiyacı olduğunu da dərk edir. Əldə olunan məlumata görə, Araik Arutyunyan əleyhinə kompromat Paşinyanın masasına qoyulu ki, bu da ona dəstək olmağa imkan vermir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə