Ermənilər deputatlardan hesabat tələb edir

Ermənilər deputatlardan hesabat tələb edir

Parlamentdə yeriyənlərdən daha çox uçan deputatlar var. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Qevork Petrosyan deyib.

Məlumatda qeyd olunur ki, deputat Qevork Petrosyan bu gün parlament aparatının rəhbəri, baş katib Tiqran Qalstyandan deputatların ezamiyyət xərclərinin 2020-ci il büdcəsində artırılıb-artırılmadığını soruşub. Tiqran Qalstyan, Qevorg Petrosyana cavabında bildirib ki, iş görüşləri üçün ayrılan vəsaitlərin artdığını nəzərə çatdırıb.
Nəşrin yazdığına görə Qevork Petrosyan Tiqran Qalstyanın cavabından razı qalmadığını bildirib və etirazını da çox gözlətməyib.
"Məni maraqlandıran şey, ezamiyyət xərclərinin nə qədər artıb-azalması deyil, bu səfərlərin nə qədər faydalı olmasıdır. Hesab edirəm ki, deputatların ezamiyyətləri barədə hesabat təqdim etmələri üçün bir mexanizm hazırlamaq lazımdır. Bu gün yeriməkdən daha çox uçan millət vəkillərimiz, depuatalarımız var. İndi insanlar soruşurlar ki, ora-bura uçan, gəzən, yay axşamlarından zövq alan bu adamlar ölkəyə hansı fayda, hansı mənfəət gətirir? Bu istehza deyil, çoxları bundan narahatdır", deyə Qevork Petrosyan kəskin etirazını bildirib.
Onun sözlərinə görə, deputatların hesabatlılığı üçün bir mexanizm hazırlamaq lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə