Ermənistan XİN-nin heç kimə lazım olmayan "xardalı"

Ermənistan XİN-nin heç kimə lazım olmayan "xardalı"

Bakıdakı "şam yeməyindən" sonra Xarici İşlər Nazirliyinin "xardalına" kimin ehtiyacı var? SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Ermənistanın səsi" qəzeti yazır.

Qəzet yazır ki, Oktyabrın 26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə toplantısında yekun bəyannamə qəbul edildiyindən iki gün sonra yəni oktyabrın 28-də, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi rəhbərliyinin Qoşulmama Hərəkatının zirvə görüşü platformasından istifadə edərək Qarabağ nizamlanması ilə bağlı sözlər səsləndirmək cəhdini qınayan gecikmiş bir açıqlama verib. Nəşr bu açıqlamanı təqdim olunan "yeməkdən sonra xardal" ilə müqaisə edib. Yazıda qeyd olunur ki, Azərbaycan öz siyasətini və təbliğatını beynəlxalq sənədlərdə möhkəmləndirmək üçün istənilən platformadan layiqincə yararlanır ki, bu indi heç kim üçün sirr deyil və Ermənistan Xarici İşlər Nazirliyi üçün də bu sirr olmamalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə