Suriya Konstitusiya Komitəsinin ilk iclasından gözləntilər

Suriya Konstitusiya Komitəsinin ilk iclasından gözləntilər

“Suriya Konstitusiya Komitəsinin oktyabrın 30-da işə başlaması bu ölkədə real həll prosesi üçün yaxşı başlanğıc ola bilər”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Hamımızın məhsuldar və konstruktiv görüş keçirməsini istəyir, ümid edirik ki, bu, həqiqi siyasi tənzimləmə prosesi üçün yaxşı başlanğıc olacaq",- deyə Kremlin nümayəndəsi bildirib.

Suriyada fərqli qüvvələr arasında güc bölgüsü baxımından konkret nəticələrin Konstitusiya Komitəsinin işinə təsir etməsinə gəlincə, Peskov hazırda bu suala cavab verməyin tez olduğunu dilə gətirib.

Qeyd edək ki, BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Cenifer Fentonun Suriya Konstitusiya Komitəsinin ilk iclasının açılış mərasimi 30 oktyabr Cenevrədə planlaşdırıldığını açıqlamışdı.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Suriya Milli Dialoq Konqresinin 31 yanvar 2018-ci ildə Soçidə qəbul etdiyi qətnaməyə uyğun olaraq yaradılan komitəyə 150 nəfərdən (Dəməşqdən, müxalifətdən və vətəndaş cəmiyyətlərindən 50 nümayəndə) ibarər nümayəndə daxil edilib. Hər bir qrup, Cenevrədə bağlı qapılar arxasında keçiriləcək "tərtib komitəsi" nin iclaslarında iştirak etmək üçün 15 mütəxəssis təyin etməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə