Etilen-polietilen zavodunda yanğın baş verib

Etilen-polietilen zavodunda yanğın baş verib

Martın 2-də axşam saat 20 radələrində "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun dəniz kənarında yerləşən köhnə susoyutma qurğusunda yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin Etilen-polietilen zavodu ərazisində yerləşən Yanğından mühafizə hissəsinin qüvvələri operativ olaraq hadisə yerinə gəlib, görülən tədbirlər nəticəsində qısa müddət ərzində yanğın söndürülüb.

 

Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, yanğın nəticəsində xəsarət alan olmayıb və zavoda heç bir ziyan dəyməyib. Hazırda qurğuda baş vermiş yanğının səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə