"Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizə mühüm dividentlər gətirəcək" RƏY-ÖZƏL
“Ölkəmizin dünyanın yarıdan çoxunun təmsil olunacağı beynəlxalq tədbirə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycan apardığı xarici siyasətin Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluğunun, artan beynəlxalq nüfuzunun daha bir sübutudur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Yer kürəsi əhalisinin təqribən 55 faizinin Qoşulmama Hərəkatı ölkələrində yaşadığını, dünyada neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxunun bu dövlətlərin ərazisində yerləşdiyini deyən deputat söyləyib ki, Bakıda belə bir Zirvə Görüşünün keçirilməsi ölkəmizə effektli platforma imkanları, mühüm dividentlər gətirəcək.
Onun sözlərinə görə, 2019-2021-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti təkcə öz probleminə cəlb etməyəcək, beynəlxalq münasibətlər sistemində Hərəkatın rolunun və nüfuzunun daha da artırılması, beynəlxalq səviyyədə onun baza prinsiplərinin inkişaf etdirilməsinə də xidmət edəcək. İnanırıq ki, XVIII Zirvə Görüşü, həm də Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutacaq. 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək Azərbaycan üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB