Beynəlxalq Komitə: “Azərbaycanda narkotiklərin müsadirə olunması halları 2008-ci illə müqayisədə 63 faiz artıb”
Narkotiklərə nəzarət üzrə Beynəlxalq Komitə illik hesabatını açıqlayıb. SİA-nın xəbərinə görə, hesabatda qeyd edilir ki, Azərbaycan narkotik qaçaqmalçılığının qarşısını almaq üçün bir sıra tədbirlər görüb, o cümlədən sərhəd nəzarətini gücləndirib: "Komitənin missiyası ötən ilin iyulunda Azərbaycana səfər edib. Buna baxmayaraq Azərbaycanın (işğal altında olan Dağlıq Qarabağ) adı yenə də qanunsuz narkotik dövriyyəsində tranzit ölkə kimi hallanır. Hökuməti bu sahədə hüquq-mühafizə fəaliyyətini, regional əməkdaşlığı, informasiya mübadiləsini artırmağa çağırırıq. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycanda narkotiklərin müsadirə olunması halları 2008-ci illə müqayisədə 63 faiz artıb".
Bundan başqa Beynəlxalq Komitənin hesabatında: "Əfqanıstandan narkotik maddələrin daşınması üçün daha çox Cənubi Qafqaz ölkələrindən tranzit kimi istifadə olunur. Bu isə qeyd olunan regionda narkotik maddələrdən istifadənin miqyasını genişləndirir. Cənubi Qafqaz regionunun İran, Rusiya və Türkiyə isə sərhəddə malik olmasını, bölgənin Qara dəniz və Xəzər dənizinə çıxışını nəzərə alaraq Beynəlxalq Komitə Azərbaycan, Ermənistan və Gürcüstanda narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın miqyasının genişlənməsindən narahatlıq keçirməkdə davam edir. Bu ölkələr informasiya mübadiləsi aparılmasına, sərhəd nəzarətinin effektivliyinin artırılmasına, narkotik maddələrin tələbatın azaldılmasına, regional və ümummilli səviyyələrdə narkotiklərə nəzarətin koordinasiya olunmasına diqqət yetirilməlidir".
Eyni zamanda Beynəlxalq Komitə narkotiklərdən istifadə səviyyəsini öyrənmək üçün ümummilli səviyyədə təhqiqat aparmağı, narkotik maddələrlə mübarizəyə dair strategiya hazırlanmasını tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB