Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyırıq XİN rəhbərinin müavini
"Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik rolunu layiqincə yerinə yetirəcək". SİA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə deyib.
"Azərbaycanı balanslı siyasət həyata keçirən etibarlı tərəfdaş kimi tanıyırıq", - nazir müavini bildirib.
O, münaqişələrin həllində Qoşulmama Hərəkatının xüsusi rolunu vurğulayaraq Fələstin-İsrail münaqişəsinin həllinin vacibliyini önə çəkib: "Onun tənzimlənməsi bütün Yaxın Şərqdəki vəziyyətin yaxşılaşdırılması üçün son dərəcə vacibdir. Nizamlama prosesinin inhisarlaşması ilə heç nəyə nail olunmayacaq".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB