Nairi Unanyan erməniləri bərk qorxudub

Nairi Unanyan erməniləri bərk qorxudub

"Mən dəfələrlə Nairi Unanyanın kamerası yanından keçmişəm, amma heç vaxt onu görmək istəyim olmayıb və bu gün də yoxdur". SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verior ki, bu sözləri "Parlaq Ermənistan" partiyasının rəhbəri Edmon Marukyan parlamentdəki brifinqdə bildirib.

“Nairi Hunanyan, mənim üçün cəlladdır, cəlladların rəhbəridir. Əlbətdə ki, onun müvafiq prosedurla müraciət etmək hüququ var, amma əminəm ki, onun vaxtından əvvəl azad edilməsi tələbi təmin olunmayacaq”, deyə Edmon Marukyan bildirib.
Edmon Marukyan qeyd edib ki, cinayət işinə aydınlıq gətirmək üçün cinayətkar dindirilməməlidir.
Maraqlıdır, Nairi Unanyan erməniləri belə bərk qorxudub ki, onu görməyə də cəsarət etmirlər? Amma hər bir halda onların qorxu və nifrət hissini müşahidə etməmək məmkün deyil. Hətta bu dolayısı ilə bir partiya rəhbərinin də dilindən etiraf edilir.
Xatırladaq ki, 27 oktyabr 1999-cu ildə parlamentdə terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terror qruplaşmasının lideri Nairi Unanyan cəzasını İrəvan-Kentron istintaq təcridxanasında çəkir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə