Gəncənin perspektiv inkişaf planı ictimaiyyətə təqdim olunub. Bu münasibətlə İcra Hakimiyyətində müşavirə keçirilib. Qeyd edək ki, Gəncə şəhərinin inkişaf planı sonuncu dəfə 1967- ci ildə hazırlanıb və1990-cı ilə qədər olar dövrü əhatə edib. Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan şəhərin yeni perspektiv inkişaf planı iki mərhələyə bölünür.
SİA-nın bölgə müxbiri xəbər verir ki, aparılacaq yenidənqurma işlərinin ilk mərhələsi 2015-ci ilə, ikinci mərhələ isə 2030-cu ilə kimi olan dövrü əhatə edəcək. Hazırda Gəncə şəhərində 313 mindən artıq əhali yaşayır. İndiki şəraitdə şəhərin ümumi sahəsi təxminən 9 min 980 hektardır. Bunlardan təxminən 2.215 min hektarı yaşayış massivini əhatə edir. Hündürmərtəbəli binalar təxminən 420 hektar ərazidə tikilib. Bu gün Gəncənin 47 mln 348 min kvadratmetr yaşayış massivi var.
Yeni şəhərsalma planında əhalinin artımı nəzərə alınaraq şəhərin ümumi ərazisi 17 min hektara çatdırılacaq. Bu ərazilər əsasən boş topraq sahələrindən götürüləcək. Statistik təhlillərə görə, 2015-ci ilə kimi Gəncənin əhalisi təqribən 350 min nəfərə yaxın olacaq. 2030-cu ildə isə əhalinin sayının təxminən 2% artacağı gözlənilir.
Gəncə şəhərinin yeni planı qədim şərq mədəniyyəti üslubunu qorumaqla hazırlanıb. Planda, həmçinin təhsil, sənaye, səhiyyə sahələri yaradılacaq. Müasir kompleks rayonlar salınacaq. Hansı ki, bu rayonlar şəhərin iri müəssisələrinin yaxınlığında istifadəyə veriləcək. Üç Təpə adlanan ərazidə iki təhsil sahəsi hazırlanacaq. Şəhər ərazisində səhiyyə və sənaye müəssisələri üçün xüsusi torpaq sahələri ayrılıb.
Bundan əlavə Gəncənin daxili avtomobil yolları genişləndiriləcək. Yeni parklar istifadəyə veriləcək, yaşıllıq zolaqları artırılacaq. İlkin mərhələdə Gəncənin yaşıllıq sahələri 145 hektardan, 2251 hektara çatdırılacaq. Yeni planda Gəncəçayı məcrasının yenidən qurulması, çayın üzərində əlavə iki körpünün inşası da nəzərdə tutulub. Eyni zamanda Hacıkənd və digər istirahət zonalarında yeni kurort sahələrinin salınması da planın tərkib hissəsidir.
Aparılan müzakirələrdən sonra Gəncənin yeni planı təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB