BMT-nin hüquq məsləhətçisi: “Azərbaycana ən çox sığınacaq üçün Əfqanıstan və Çeçenistandan olan qaçqınlar müraciət edir”
Son iki-üç il ərzində Azərbaycana gələn miqrantların sayı artıb. Bunu SİA-ya açıqlamasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquq məsləhətçisi Zaur Nağıyev deyib. Onun sözlərinə görə, Azərbaycana ən çox sığınacaq üçün Əfqanıstan və Çeçenistandan olan qaçqınlar müraciət edir. Müraciətin isə motivləri müxtəlifdir: "Müraciət edənlər səbəb kimi müəyyən motivlər irəli sürürlər. Əfqanıstandan müraciət edənlər daha çox sosial vəziyyətin yaxşı olmadığını əsas gətirirlər. Çeçenistandan isə daha çox siyasi fikirlərinə görə təqib olunanlardır ki, Azərbaycandan sığınacaq üçün müraciət edirlər."
Azərbaycandan digər ölkələrə sığınacaq üçün müraciət edənlərə gəlincə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquq məsləhətçisi bildirib ki, burada ən çox Azərbaycanda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları və jurnalistlər üstünlük təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB