Qoşulmama Hərəkatına sədrlik Azərbaycana nə verəcək? ŞƏRH-ÖZƏL
“Azərbayan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövrdə ilk növbədə bir sıra ölkələrə öz strategiyasını və məqaəd və hədəflərini izah edə biləcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, bununla yanaşı, sivilizasiyaların və cəmiyyətlərin əməkdaşlıq təcrübəsinə malik olan Azərbaycan dünyaya öz təcrübəsini bölüşə bilər.
Ölkəmizin beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşdığını deyən deputat söyləyib ki, ölkəmizin istəyi beynəlxalq təşkilatların təməl sənədlərinə, hüququn aliliyinə hörmət olunsun: “ Çox təəssüf ki, hazırda bir sıra bölgələrdə gücə malik olan ölkələr özlərini haqlı hesab edir və bunun nəticəsində də bir sıra dövlətlər çox ciddi təzyiqlər altındadır, münaqişələr həllini tapmır və sadə insanlar bur cür münaqişələrin qurbanı olurlar”.
A.Mollazadə qeyd edib ki, Azərbaycanın məqsədi əməkdaşlığı təmin etmək, dövlətləri qlobal layihələrə dəvət etmək, dostların sıralarını daha da genişləndirməkdir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin Dağlıq Qarabağ münaqişəsiniin həllinə təsirinə gəlincə deputat qeyd edib ki, bu müddət ərzində ən azından bir sıra ölkələrdə münaqişələrin mahiyyətini daha yaxından öyrəniləcək, ölkəmizin tərəfdaşlarının sayı daha da genişlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB