Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının zirvə görüşündə sədrlik Azərbaycana keçib. SİA-nın verdiyi məlumata görə, rəsmən seçki mərasimi başlayıb.
Venesuela Prezidentinin təklifi yekdilliklə dəstəklənib və Azərbaycan Prezidenti İlham Əliyev 18-ci zirvə görüşünün sədri seçilib. “Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri seçilir və Azərbaycan Respublikası 3 il müddətinə təşkilata sədrlik edəcək”, – deyə Nikolas Maduro bildirib.
N.Maduro rəmzi çəkici Azərbaycan Prezidentinə təqdim edib. Daha sonra Prezident İlham Əliyev sammitdə çıxış etməyə başlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB