Hərbçilərlə Paşinyan hakimiyyəti arasında narazılıqlar yaranıb
Nikol Paşinyan qoy sərhəddə xidmət etməyə özü ilə birgə addımlayanları göndərsin. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, aprel müharibəsinin istintaq komissiyasına hərbçilərin çağrılması və onların dindirilməsi, hərbçilər, o cümlədən Dağlıq Qarabağda cəbhədə olan zabitlər arasında narazılıqlara və fikir ayrılıqlarına səbəb olub.
“Əgər bu hakimiyyət, şəxsən Nikol Paşinyan hər bir zabitdən şübhələnirsə, onda niyə sərhədi bizə həvalə edib? Bizim üçün bu yanaşma təhqiramizdir. Hüquqşünaslarla məsləhətləşəcəyik və istintaq komissiyasına mütləq gəlməli olduğumuz təqdirdə "raport" yazacağıq və çıxıb gedəcəyik. Qoy Nikol özüylə birgə addımlayanları bura gətirsin. İndi hamımızla əlaqə qururlar, bizi deməyə məcbur edirlər deyək ki, bəli, Xaçaturov gec əmr verib, Seyran Ohanyan səhv işlər görüb. Bizdən bir şey "çəkmək" istəyirlər ki, səhv bir şey söylənilsin və əllərində "fakt" olsun. Sərhəddə dayanan bir zabitə bu necə münasibətdir?”, deyə hərbçilər narazılıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB