Arsen Babayanı həbs etməklə, məhkəmə Qrayr Tovmasyana qarşı bir təzyiq mexanizmini işə salıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş aparat rəhbərinin müavini Lusine Saakyan Arsen Babayanın işi ilə bağlı məhkəmə iclasından sonra jurnalistlərə bildirib.
Məlumata görə, keçmiş aparat rəhbərinin müavini baş verən proseslərın açıq şəkildə qanunsuz olduğunu bildirib.
“Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyana başqa bir təzyiq göstərmək üçün növbəti şəxsin həbs edilməsi lazım gəlirdi ki, məhkəmə bunu da təmin etdi", deyə Lusine Saakyan bildirib.
Xatırladaq ki, bu gün İrəvanın ümumi yurisdiksiya məhkəməsi Xüsusi İstintaq Xidmətinin tələbini təmin edib və Ermənistan parlamentinin sabiq qərargah rəisinin müavini Arsen Babayanın həbs edilməsi barədə qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB