Yalnız Serj Sarkisyan deyil, bütün əvvəlki sistem Ermənistanın mövcud hakimiyyətinə təzyiq göstərməyə çalışır. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Azadlıq" radiosuna verdiyi müsahibədə deyib.
Şuranın katibi qeyd edib ki, Serj Sarkisyan və əvvəlki sistem Ermənistanın mövcud hakimiyyətini Konstitusiya Məhkəməsi və Stepanakert məsələsi ilə hədəfə alıb. Konstitusiya məhkəməsindəki vəziyyəti misal çəkən Qriqoryan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan ətrafında baş verən prosesləri xatırladıb.
Stepanakert məsələsinə gəldikdə isə, siyasi analitik Robert Qevondian, keçmişdəkilərin öz mövqelərini müəyyən bir şəkildə qoruyub saxlamağa çalışdığını diqqətə çatdırıb.
"Biz bilirik ki, bu vaxta qədər Stepanakertdə hətta hakimiyyət belə, Ermənistanın təyinatı, Ermənistanın icazəsi ilə qurulmuşdu. Əgər Bako Saakyandan sonra Stepanakertə keçmişdəkilərlə əlaqəli olan birisi gələrsə, Stepanakert İrəvan üçün təsir və təzyiq mexanizminə çevriləcək", deyə siyasi analitik bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB